Mədəniyyət və ənənə fərqinə görə Amerikada yaşayan bir çox gənc müsəlman özünə uyğun həyat yoldaşı tapa bilmir. Lakin gənc müsəlman ailəsi hazırda bunu “Halal tanışlıq” vasitəsi ilə etməyin mümkün olduğunu deyir.
Filza Sətti və Obeyd Əkrəm bir ildən çoxdur evlidirlər. Onlar müsəlmanlar üçün yaradılmış evlilik saytının “Halal tanışlıq” səhifəsində tanış olublar. “Mən evlilik saytına iki ildir qoşulmuşam. Siz orada müxtəlif mədəniyyət və ənənələri bölüşən insanlar tapa bilərsiniz” deyə, Filza Sətti bildirir.
Müsəlman qadın və kişilər “Halal tanışlıq” səhifəsinə evlənmək məqsədilə müraciət edir. Evlənmə qərarı verildikdə isə onlar din çərçivəsində hərəkət edir, bir-birləri ilə fiziki yaxınlaşma olmamalı, cəmiyyətdə yalnız yaxınları və dostları ilə birlikdə görünməli, valideynləri və böyüklərindən icazə almalıdırlar. Filza Sətti: “Mən inanıram ki, bizim mədəni dəyərlərimiz belə görüşməyə o qədər çox imkan vermir, lakin dinimiz bu barədə daha açıqdır."
İpoteka Kredirləri üzrə agent Obeyd Əkrəm deyir ki, o, əvvəlcədən planlaşdırılmış evliliyi dəstəkləyərdi, lakin internetlə tanışlıq daha sərfəli və daha asandır. “”Halal tanışılq “ müsəlman icmasına çox lazımdır, çünki bizim buna ehtiyacımız var”.
Lakin bəzi müsəlmanlar hələ də köhnə adətlə evlənməyə üstünlük verir. Hüma Qureşi Texasın Hyuston şəhərində yaşayır və 16 ildir tanışlıq biznesi ilə məşğuldur. “İnternet vasitəsilə tanışlıq bizim işimizə mane olur, çünki çox az ödənişlə vebsaytda səhifə açmaq olar. Qızlar və oğlanlar bu prosesdə görüşə bilər, lakin onların ailələri də buraya cəlb olunur. Bi gənc kimi “Halal tanışlıq” daha maraqlıdır və əks cinslə burada tanışlıq daha maraqlı görünür."
“Halal tanışlıq” özünün başlanğıc mərhələsində olsa da, Sətti və Əkrəm bunun müsəlmanlar üçün gələcəkdə bir imkan olduğuna, bu səhifənin evlənmək istəyən insanların özlərinə uyğun həyat yoldaşı tapmalarına yardım edəcəyinə inanır.