Gəncədə 4-mərtəbəli binada partlayış. Ölən və yaralananlar var [Video]

Gəncədə 4-mərtəbəli binada partlayış. Ölənlər var

Noyabrın 20-si səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilir.

Məlumata görə ümumilikdə ərazidə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından 3 nəfərin meyiti çıxarılmış, 1 nəfər yaralı vəziyyətdə aşkar edilərək xilas edilib.

Nazirliyin bildirdiyinə görə, hazırda axtarış-xilasetmə işləri aparılır.

FHN yaşayış binasının dağıntıları altında qalanların axtarışı və xilas edilməsi üçün Bakıdan əlavə xilasedici və kinoloq briqadaları göndərib.

İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.