Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində partlayış baş verib

Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində partlayış olub

Fevralın 6-da Bakı şəhərində Müdаfiə Sənаyеsi Nаzirliyinə aid müəssisələrdən birinin ərazisində partlayışla nəticələnən yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyi buldirir ki, ilkin məlumata görə hadisə ümumi sahəsi təqribən 250 m2 olan pirotexniki məhsulların saxlandığı anbarda baş verib.

Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri yanğını söndürüb.

“Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. Ətraf ərazilərə təhlükə yoxdur”, nazirliyin məlumatında deyilir.

Yerli sakinlərin məlumatına görə, zavodun ərazisindəki partlayışın səsi bir neçə kilometrlikdən eşidilib.​