Baş prokurorluq Sumqayıtda baş verən hadisəyə aydınlıq gətirib [Video]

Baş prokurorluq

Baş Prokurorluq bu gün Sumqayıt şəhərində marşrut avtobusunun atəşə tutulması barədə məlumatlara aydınlıq gətirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya deyib ki, bu barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Belə ki 7 saylı marşrut avtobusuna kənardan daş atılaraq şüşələri sındırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, hazırda inzibati xətanı törədən şəxs və ya şəxslərin müəyyən olunaraq tutulması istiqamətində zəruri tədbirlər davam etdirilir”.

Bundan əvvəl MeydanTV məlumat yayıb ki, Sumqayıtda avtobusa atəş açılıb.

MeydanTV bununla bağlı video da yayıb.