Hacı Mail: Oğlum casus deyil!

şəhriyar del gerani hacızadə

İran Azərbaycanına Pəncərə proqramında bir neçə həftə öncə İranda həbs olunmuş Azərbaycan şairlərindən biri Şəhriyar Del Geraninin atası Hacı Mail oğlu haqda danışır. Atanın sözlərinə görə poeziya aşiqi olan Şəhriyar Marağa şəhərindəki festivaldan qayıdarkən İranın xüsusi xidmət orqanları tərəfindən həbs olunub. Hacı Mail deyir ki, Şəhriyar xərçəng xəstəliyindən əziyyət çəkən anasını müalicə etmək üçün əvvəllər bir neçə dəfə Təbriz şəhərinə getmişdi. Amma bu dəfəki səfər xeyli fərqli oldu. Oğlunun casus olmadığını deyən Hacı Mail əlavə edib ki, İran həbsxanasında tutulmuş şairlərlə humanist qaydada davranılır və o, İslam Respublikasının dindar dövlət quruluşuna hörmətlə yanaşır.

Your browser doesn’t support HTML5

Hacı Mail oğlu Şəhriyarın həbsindən danışır