Gürcüstan Baş Prokurorluğu: Saakaşvilinin biznesmenin ölümündə əli var

Oktyabrın 17-də Gürcüstanın Baş Prokurorluğunun verdiyi məlumata görə, 2007-ci ildə Gürcüstanın Konstitusiya Təhlükəsizliyi Departamentində iş adamı Badri Patarkatsişviliyə qarşı sui-qəsd planı hazırlanıb və ölüm sanksiyasını o zaman prezident olan Mixeil Saakaşvili verib.

Boris Berezovskinin yaxın dostu və iş adamı Badri Patarkatsişvili o zaman Tbilisidə yaşayıb və prezident Saakaşvilinin istefasını istəyən Gürcüstan müxalifətinə dəstək olub.

Axtarış zamanı Konstitusiya Təhlükəsizliyi Departamentinin işçiləri tərəfindən tapılan audioyazılar əsasında üç yüksək vəzifəli şəxsə ittihamlar irəli sürülüb.

Boris Berezovski və Badri Patarkatsişvili

Yazılar 2007-ci il 4-5 fevral tarixlidirlər. Yazılarda Konstitusiya Təhlükəsizliyi Departamenti ilə Daxili İşlər Nazirliyinin Əməliyyat İstintaq Departamentinin başçıları arasında olan danışıqdır. Danışıqda Patarkatsişvilinin öldürülməsi üsulları, iş adamının mühafizə işçilərinin və xidmət personalının “verbovkası” müzakirə olunur. Həmçinin onun evinin qapısının tutacağına zəhərli maddə sürtülməsi haqda danışıqlar da var.

Prokuraturada verilən məlumatda ilkin yoxlanılması gərəkən məlumatlara görə, “hərbçilər” Badri Patarkatsişvilinin “aradan götürülməsi” əmrinin sabiq prezidentdən alındığı deyilir. Lakin Saakaşviliyə qarşı cinayət işi hələ açılmayıb.

Oktyabrın 16-da şübhəlilərdən biri həbs olunub. Lakin o, günahsız və səsyazmaların saxta olduğunu bildirib.

2007-ci ilin noyabr ayında Badri Patarkatsişvili Londona köçüb. 2008-ci ilin fevral ayında Badri öz evində ölüb. İngilis tədqiqatçıların fikrincə onun ölümünün səbəbi infarkt olub.

Badri Patarkatsişvili və Mixeil Saakaşvili

Saakaşvili Gürcüstanı 2013-cü ildə səlahiyyət müddətinin bitməsinə bir neçə gün qalmış tərk edib və ABŞ və Ukraynada yaşayıb. 2014-cü ildə Gürcüstanda Saakaşviliyə qarşı 2007-ci il 7 noyabr mitinqinin iştrakçılarına qarşı tədbirlərin təşkili, “İmedi” televiziya kanalına icazəsiz giriş, iş adamı Badri Patarkatsişvilinin mülkünün qanunsuz müsadirəsi və deputat Valeri Qelaşviliyə hücumun təşkili, bankir Sandro Qirqvlianin öldürülməsi ilə əlaqədar istintaqa maneə törətmək və 2009-2012-ci illərdə dövlət dövlət vəsaitlərinin mənimsənilməsi ittihamları irəli sürülüb.

2015-ci ilin may ayında Saakaşvili Ukrayna pasportu alib, lakin 2017-ci il iyulun 26-sı Ukrayna prezidenti Pyotr Poroşenko onu Ukrayna vətəndaşlığından məhrum edib.