Göyçayda nar festivalı keçirilib
Your browser doesn’t support HTML5
Göyçay rayonunda XIV Nar festivalı keçirilib.
Festival çərçivəsində nar və nar məhsullarının sərgi yarmarkası, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar təşkil edilib.
Festivalda narın satışı da təşkil olunub.
Tədbir iştirakçıları rayonun 30-dan çox kəndinin sakinləri tərəfindən nardan hazırlanan məhsulların sərgisi ilə tanış olublar.
Tədbirdə qonaqlar nar şirəsinin, nar şərabının, nardançanın, gilələnmiş narın dadına baxıbə. Orada ən böyük nar nümayiş olunub.
Festival iştirakçıları nar məhsullarının sərgi-yarmarkasına baxış keçirib, rayon mədəniyyət evinin musiqi kollektivi, məktəblilərdən ibarət mahnı və rəqs qrupları, kəndirbaz və idmançılar bayram tədbirində çıxış ediblər.