Böyük Böhran zamanından bəri Birləşmiş Ştatlarda “Göydələndə Nahar” adlı məşhur fotodakı 11 kişinin kimliyi ilə bağlı müəmma davam edir. 1932-ci ildə çəkilən fotoda inşaat işçiləri Nyu York şəhərində yerdən 256 metr hündürlükdə metal tirin üzərində nahar edir. Hazırda həmin göydələn Rokfeller Mərkəzinin bir hissəsidir.
Onlar Nyu-Yorka çox uzun zaman öncə, şəhərdə metal tirlər vasitəsilə poladdan göydələnlər tikilən vaxt gəlib. Onlar qorxusuz idi, onlar tirlərin üzərində gəzirdi.Kristin Russel
Bu, 20-ci əsrə aid ən ikonik Amerika fotoşəkillərindən biridir. İlk dəfə bu şəkil hazırda artıq fəaliyyət göstərməyən New York Heral Tribune qəzetində dərc olunub.
On bir çirkli, ölümdən qorxmayan, RCA binasında çalışan 11 inşaat işçisi yerdən 69 mərtəbə hündürlüyündəki tirin üzərində nahar edir, siqaret çəkir.
“Yan-yana oturub, nahar edən bu 11 kişini görəndə, düşünürsən ki, onlar dəlidir? Gördükləri işə görə qürur duyurlar? Onlar kimdir? Ora necə çıxıblar və necə enəcəklər? – deyə, Kristin Russel bilririr.
İncəsənət tarixçisi və arxivçi Kristin Russel illərdir bu suallara cavab axtarır.
O deyir ki, Rokfeller Mərkəzi sənət kolleksiyasında 86 yaşlı bu fotonun olduğu üçün şanslıdır.
Hazırda o, yeni kitab üzərinə işləyir. Həmin kitabda Russel, 11 işçinin adlarını açıqlamağa ümid edir. Onlardan 2-nin kimliyi 2012-ci ildə müəyyən olub. Onlar irlandiyalı Sonni Qlinnand və Metti O’Saunessidir.
“Onlar Nyu-Yorka çox uzun zaman öncə, şəhərdə metal tirlər vasitəsilə poladdan göydələnlər tikilən vaxt gəlib. Onlar qorxusuz idi, onlar tirlərin üzərində gəzirdi. Yəni onlar 1920-1930-cu illərdə inşaat prosesinin içində idi. Bu şəkil də o vaxtlar çəkilib”, o deyir.
1933-cü ildə Rokfeller Mərkəzinin üstündə müşahidə məntəqəsi açılanda, turistlər işçilər və onların şəklini çəkən fotoqrafın keçirdiyi hisslər barədə fikir sahibi olmaq imkanı əldə etdilər.
“Şəklin çəkildiyi gün binanın üstündəki tikinti ərazisində azı üç fotoqraf olub. Şəkli kimin çəkdiyinə dair bir çox versiya var”, Russel deyir.
O zamanlar qəzetlərdə şəklin altında fotoqrafın adı yazıldığına görə, həmin insanın adı müəmma olaraq qalır.
Böyük Böhran zamanı çəkilşmiş “Göydələndə Nahar” adlı şəkil Amerikanın nikbinliyini və iş etikasını simvolizə edirdi.
İndi Rokfellər Mərkəzi Nyu Yorkun ən populyar və tanınmış turist məkanlarından birirdir, lakin bu unudulmaz fotoşəkildəki işçilərin kimlikləri 1932-ci ildən bəri bilinmir.