Gürcüstan paytaxtında polis müxalifət partiyasının binası qarşısında baş verən partlayış nəticəsində bir qadının öldüyünü xəbər verir. Tbilisi rəsmiləri deyirlər ki, müxalif Əmək Partiyasının baş qərargahı yaxınlığında sübh çağı baş verən partlayış qadının yaşadığı mənzildə pəncərə şüşələrini qırmış, və hadisə nəticəsində xəsarət almış qadın sonradan vəfat etmişdir. Civil.GE müxalifət vebsaytı yaxınlıqdakı başqa evlərin də partlayışdan zərər çəkdiyini xəbər verib. Partlayışa nəyin səbəb olduğu bəlli deyil, lakin prezident Mixail Saakaşvili hökumətinə qarşı sərt müxalif mövqedən çıxış edən Əmək Partiyası hücumun siyasi motivlərə əsaslandığına inandığını söyləyib. Tbilisi civarnda baş verən ikinci partlayış da pəncərə şüşələrini sındırıb. Lakin bu partlayışda xəsarət alanlar barədə məlumat verilmir.