Gürcüstanda prezident Mixail Saakaşvilinin şəxsi fotoqrafçısı daxil olmaqla, casusluq ittihamı ilə 4 foto-müxbir həbs edilib. Gürcüstanın Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, həbs edilənlərə Saakaşvilinin şəxsi fotoqrafçısı İrakli Gedenidze və onun xanımı Natalia, Avropa Pressphoto agentliyinin əməkdaşı Zurab Kurdsikidze və Xarici İşlər Naziriyinin foto-müxbiri Georgi Abdaladze daxildir. Onların evində axtarış aparan polis tərəfindən kompyuterlər, mobil telefonları və digər avadanlıqlar müsadirə edilib. Foto-müxbirlər Gürcüstanın maraqlarına zidd olaraq, xarici ölkələrin kəşfiyyat xidmətlərinə çalışmaqda ittiham edilir.