Gürcüstanda casusluq ittihamları ilə mühakimə edilən üç fotojurnalistə 45 dəqiqə sürən məhkəmədən sonra şərti cəza verilib.
Məhkumlar sırasında prezident Mixeil Saakaşvilinin şəxsi fotoqrafı İrakli Gedenizde, Xarici İşlər Nazirliyinin fotoqrafı Giorgi Abdaladze və Avropa Pressfoto Agentliyinin müxbiri Zurab Kurtsikidze var.
Bu üç şəxs ayın əvvəlində həbs olunaraq espionajda ittiham olunmuşdular. Onlar ilk öncə ittihamları rədd etmiş, sonradan Rusiya agentlərinə həssas məlumat ötürdüklərini etiraf etmişdilər.
Hakim Abdaladze və Gegenidzeyə 3 il, Kurtsikidzeyə 2 il, Gedenidzenin xanımına isə 6 ay şərti cəza kəsib.