Altı il əvvəl Rusiya Gürcüstan şərabına embarqo tətbiq etməklə bu ölkənin iqtisadiyyatına zərbə endirdi. Bunun nəticəsində Gürcüstan çaxır ixracının 80 faizini istehlak edən bazar qəflətən qapadıldı. Hal-hazırda bu embarqonun qaldırılması üçün ciddi danışıqlar gedir. Amerikanın Səsinin Gürcüstanın Siqnagi bölgəsində olan əməkdaşı Ceyms Bruk keçən altı il ərzində ölkənin şərab sənayesinin keçdiyi yol barədə reportaj hazırlayıb.
Arxeoloqlar dünyanın ən qədim şərabçılıq ənənələrinin Gürcüstanın şərqindəki bu təpəliklərdə mövcud olduğunu deyir.
Şərab 8000 il əvvəl kvevridə hazırlanırdı. Bu, torpaqda basdırılan arı şanı ilə astarlanmış gil qaba deyilir.
Amerikalı Con Vördmən öz “Qırqovul Göz Yaşı” şərablarını hazırlamaq üçün qədim üsuldan yararlanır.
“Biz bu intibahın başlanğıcındayıq. Hələ görüləsi çox iş var, və bunun çox hissəsi öyrənməkdir.”- deyə o bildirir.
Con Vördmən öz üzüm bağını ekskursiya və şərab daddırmaq tədbirləri ilə təbliğ edir. O, qədim diyarın milli şərabçılıq ənənələrini geri qaytarmaq səyləri çərçivəsində burada, Gürcüstanın şərqində təcrübə məqsədi ilə 340 gürcü üzüm növündən əkib.
Gürcüstan şərabının keyfiyyəti amerikalı və avropalı alıcıları buraya cəlb edir. Onlardan biri Kaliforniyanın San Fransisko şəhəri yaxınlığındakı şərab mağazasının və barının sahibi olan Lisa Kostadır.
“Burada çox sayda simalar, çox sayda unikallıq gördük. Ənənələri qorumağa çalışan Con kimi insanlarla və qədim çeşidlərlə, qədim yöntəmlərlə tanış olduq. Şərabın dadından artıq hər şey bəllidir.”- deyə Liza Kosta bildirir.
2006-cı ildə Rusiya prezidenti Vladimir Putin qəti şəkildə gürcü şərabına qadağa qoyduğu üçün hal-hazırda gürcü şərabı dünyanın 50-dən artıq ölkəsinə ixrac olunur. Gürcüstan indi altı il əvvəlkinin üçdə biri qədər şərab ixrac edir, lakin eyni miqdarda qazanc əldə edir.
Bu həftə Gürcüstanda Moskvada təhsil almış yeni baş nazir Bidzina İvanaşvili hakimiyyətə gələcək. Rusiya şərab istehlakçıları embarqonun qaldırılacağını ümid etdikləri üçün Vördmənı sövdələşməyə çağırırlar.
“Rusiya bazarının yenidən açılmasının təhlükəsi insanların aşağı keyfiyyətli şərablara təlabatının artmasına yol açacaq” - deyə Vördmən bildirir. Vördmən deyir ki, şərab min illər boyunca gürcü mədəniyyətinin ayrılmaz hissəsi olub, ruslar isə vodka içməkdən yenicə imtina etməyə başlayır.
Gürcüstanda digər Şato Muxrani kiçik şərab mağazasının sahibi, fransız şərab istehsalçısı Jak Fleuri deyir ki, Rusiyanın embarqo tətbiq etməsi Gürcüstanı öz şərab sənayesini inkişaf etməyə məcbur edib.
“Bu, Gürcüstan şərab sənayesini öz yüksək səviyyəli keyfiyyətinə qaytardı, çünki biz qərbə çıxış tapmaq məcburiyyəti qarşısında idik, orada isə keyfiyyətlə bağlı çox narahatlıqlar var idi.”- deyə Jak Fleuri bildirir.
Rusiya rəsmi olaraq Gürcü şərabını səhiyyə səbəbləri ilə əlaqədar qadağan edib. Lakin Fleuri Rusiya şərab sevərlərinin fərqli düşündüyünü deyir.
“Müşahidələrimə görə deyə bilərəm ki, Sankt Peterburqda insanlar bərəyə minərək Estoniya və ya Finlandiyaya gedib bizim şərabları alırlar və gürcü şərabının qutularını Rusiyaya geri gətirirlər. Mənə elə gəlir ki, bizim şərablara hələ də böyük maraq var” -deyə o bildirir.
Min illər boyunca gürcü xalqını tanıdan, qədim torpaqlarda istehsal edilən bir qədəh şərabın insan sağlamlığına xeyirli olub-olmadığını müəyyən etmək indi Rusiyada İstehlakçı Haqlarının Müdafiəsi Xidmətinin insafına qalıb.