Günəş enerjisini saxlamağın yeni yolu [Video]

Your browser doesn’t support HTML5

Günəş enerjisini saxlamağın yeni yolu

Günəş enerjisi yaratmaq çox asandır. Amma bu enerjini saxlamaq çətin. İndi isveçli tədqiqatçılardan ibarət komanda bu problemi həlletməyin innovativ yollu üzərində çalışır.

Günəş enerjisinin bir problemi var: ondan istifadə etməsən, enerji bitir. Bu isə o deməkdir ki, enerjini yağışlı günlər üçün saxlamaq çox çətindir.

Sistem günəş işığını özünə cəlb etməkdə effektiv olmalıdır və günəş işığının böyük hissəsini özünə çəkməlidir. Bundan əlavə o, saxlama molekuluna da effektiv bir şəkildə çevrilməlidir. Enerji sıxlığı isə yüksək olmalıdır ki, o, çox yer tutmasın. Ən əsası sistem isə ucuz, əlçatan və davamlı olmaldır.
Kasper Mos-Polsen

Amma Kasper Mos Polsenin bir arzusu var.

“Mənim arzum odur ki, biz laboratoriyada yaratdığımız araşdırma layihəsini real məhsula, bütün dünyada tətbiq olunacaq enerji istehsal edən real sistemə çevirə bilək”, deyə o bildirir.

O, bu arzusunu hələ ki, laborartoriyada həyata keçirməyə çalışır. Kasper günəş enerjisini toplayıb, onu qeyri-məhdud zaman ərzində saxlayacaq maye molekullar yaradır.

Kasper Mos-Polsen: “Bu molekul günəş işığını özünə çəkib toplayır. Daha sonra günəş işığı molekulu izomer adlanan başqa bir molekula çevirir. Bu izomer zaman keçsə də, sabit qalır. Bu isə o deməkdir ki, biz onu saxlama rezervuarında saxlaya, lazım olanda həmin molekulu işə sala bilərik ki, o, istilik şəklində enerji buraxsın və beləliklə biz orijinal molekulumuzu bərpa edə bilək.”

Bu, molekulyar günəş enerjisinə əsaslanan istilik sistemi adlanır və bu sistem çox mürəkkəbdir.

“Sistem günəş işığını özünə cəlb etməkdə effektiv olmalıdır və günəş işığının böyük hissəsini özünə çəkməlidir. Bundan əlavə o, saxlama molekuluna da effektiv bir şəkildə çevrilməlidir. Enerji sıxlığı isə yüksək olmalıdır ki, o, çox yer tutmasın. Ən əsası sistem isə ucuz, əlçatan və davamlı olmaldır,” Kaper deyir.

Hələ ki, komanda toplanan günəş enerjisinin bir faizini saxlanmış kimyəvi enerjiyə çevilə bilən molekullar yaradıblar.

Polsen deyir ki, komandanın yaratdığı molekullar günəş enerjisinin 10 faizini saxlaya biləndə sistem istifadəyə veriləcək.