Günəş enerjisi ilə işləyən avtomobil yarışında Yaponiya birinci olub

  • Amerikanın səsi

Günəş enerjisi ilə işləyən avtomobil yarışında Yaponiya birinci olub

Yaponiya komandası Avstraliyada dörd gün davam edən günəş enerjisi ilə idarə olunun avtomobil yarışında finiş xəttini birinci keçib. 20 ölkədən komandalar yalnız günəş enerjisi ilə idarə olunan avtomobillərdə 3000 kilometr məsafəlik yarışda iştirak edib.

Qalib Tokai universitetinin komandasından sürücü Kohey Saqava mart ayında baş vermiş dəhşətli zəlzələdən sonra bu uğurun onun ölkəsinə ümid verə biləcəyini deyərək bildirib ki, Fukuşima nüvə fəlakətindən sonra günəş enerjisi Yaponiyada olduqca mühüm enerji mənbəyi olacaq.