Hacıbəyli XXI əsrdə Brejnev metodları ilə idarəetmə cəhdlərini “ağılsızlıq” adlandırıb
Keçmiş millət vəkili, Ziyalılar Forumunun üzvü Gültəkin Hacıbəyli son illər dərs dediyi özəl Qafqaz Universitetindən işdən çıxıb.
Xanım Hacıbəyli Amerikanın Səsinə bildirib ki, işdən ona göstərilən təzyiq nəticəsində çıxıb.
“Bu mənim son bir neçə ildə üzləşdiyim təqib və təzyiqlərin bəlkə də ən zəifi və ağrısızıdır. Azərbaycanda təhsilin vəziyyətini hamımız bilirik. Mən gəncliyimizə normal təhsil verən bir-iki universitetin birincisi olan Qafqazı zərbə altında qoya bilməzdim. Ona görə də bu qərarı verdim”, deyə G.Haciyeva əlavə edib.
Universitetdən çıxmağa onu məhz kimin və necə məcbur etdiyini açıqlamayan Hacıbəyli XXI əsrdə Brejnev metodları ilə idarəetmə cəhdlərini “ağılsızlıq” adlandırıb.
Qeyd edək ki, Hacıbəyli Azərbaycan hökumətinin daxili və xarici siyasətini tənqid edən Ziyalılar Forumunun ən fəal üzvlərindən biridir.