Rusiyada Greenpeace fəallarının əksəriyyəti azad edilib

Rusiyada sentyabr ayında Arktikada etirazla bağlı həbs edilən Greenpeace fəallarının əksəriyyətinə qarşı ittihamlar geri götürülüb.

Etiraz aksiyasına 30 adam qatılmışdı. Onlar Rusiyanın Arktikadakı fəaliyyətlərinin ətraf mühitə ziyan vurduğunu bildirərək dinc aksiya keçirmişdi. Fəallar dəniz quldurluğu ittihamı ilə həbs edilmiş, daha sonra isə xuliqanlıq ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Greenpeace həftənin sonunadək həbsdə olan bütün üzvlərinin azad ediləcəyinə ümid bəslədiyini bildirib.

Bu həftə Rusiyada oliqarx Mixail Xodorkovski də daxil olmaqla, bir sıra adamlar azadlığa buraxılıb.

Bunlar arasında Pussy Riot qrupunun üzvləri də var. Əfvlər Soçi Olimpia oyunlarına iki ay qalan bir vaxta təsadüf edir.