200 milyon insan havanın çirklənməsindən əziyyət çəkir

Yeni açıqlanan hesabata görə dünya boyu 200 milyon insan havanın çirklənməsindən əziyyət çəkir. İsveçrənin Green Cross və Birləşmiş Şratlarların Blacksmith ekologiya üzrə müstəqil institutlarının apardığı araşdırmada dünyada havanın daha çox zəhərli olduğu 10 ölkənin siyahısı tərtib edilib.

Haqqında danışılan 10 ölkədən səkkizi Afrika, Asiya, Şərqi Avropa və Latın Amerikası ölkələridir ki, bu ölkələrdə ekoloji toksinlər milyonlarla insanın həyatına təhlükə törədir. Hesabatda deyilir ki, ətraf mühitdəki zəhərli maddələr insdanlara öz təsirini nəfəs sistemi, yemək və dəriyə toxunma vasitəsilə göstərir. Zəhərli maddələrə xrom, neft, qurğuşun, civə, üzvi birləşmələr daxildir.

Blacksmith İnstitutundan baş məsləhətçi Devid Hanrahanın dediyinə görə, 2006-cı ildə dərc edilmiş siyahıda ekoloji baxımdan ən çox zəhərli dörd ölkənin adı hələ də siyahıda qalır. “Bizim siyahıda Ukraynanın Çernobıl şəhəri var ki, onu siyahıdan çıxarmaq fikrimiz yoxdur. Bizim siyahıda Rusiyanın iki yeri var, Bunlardan biri böyük kimyəvi zavoddur və bizim fikrimizcə həmin zavodda kiməyvi silah istehsal edilib. Bizim siyahıda Zambiyadakı mədən var.”

Buraya eləcə də Argentina, Banqladeş, Qana, İndoneziya və Nigeriyanın Niger Çayı Deltası daxildir.

​Hanrahan havanı zəhərləyən toksinlərın həddən artıq təhlükəli olduğunu, lakin bəzi yerlərdə təmizləmə işlərinin müvəffəqiyyətlə həyata keçirildiyini deyir. Buna misal olaraq o, bölgədə zibilin toplandığı yerdə qurğuşunun səviyyəsinin yüksək olması səbəbindən onluğa daxil olan ölkələr arasındakı Dominikan Respublikasını göstərir. Bu ölkə indi siyahıdan çıxıb, çünki həmin ərazi təmizlənib və yerində futbol meydançası salınıb.

Hanrahan eləcə də Çinin bəzi şəhərlərində, Hindistan və Rusiyanın bəzi şəhərlərində bu yolda müsbət işlər görüldüyünü deyir.

Nanrahan əvvəllər insan orqanizmi ilə ətraf mühitin əlaqəsi barədə fikirlərin qəbul edilmədiyini, lakin bir çox ölkədə səhiyyə üzrə mütəxəssislərin belə bir problemin olduğunu və bununla mübarizə aparılmalı olduğunu qəbul etdiklərini deyir.

Çernobl

Hanrahan ətraf mühitin çirklənməsi ilə mübarizə aparmaq istəyən hökumətlərin sayının artdığını bildirir. O, inkişaf etməkdə olan ölkələr, xüsusilə də xəstəliklərin və uşaq ölümlərinin çox olduğu ölkələrdə bu yolda əhəmiyyətli irəliləyişlər olduğunu deyir.