Yunanıstanda koalisiya hökumətinin yaradılmasına dair danışıqlar davam edir.
Ölkə prezidenti partiyasının bazar günü keçirilən parlament seçkilərində yerlərin əksəriyyətinə yiyələndikdən sonra mühafizəkar Yeni Demokratiya partiyasının rəhbəri Antonis Samarasa sabaha qədər alyans yaratmaq üçün vaxt verib.
Samaras dünən PASOK partiyasının lideri Evanqelos Venizelosla görüşüb. O, koalisiyanın bu günün sonunadək yaradılmasının vacibliyinə inandığını deyib. PASOK seçkilərdə yerlərə yiyələnən üçüncü partiya olub. Lakin Yunanıstan üçün beynəlxalq yardımı müdafiə etməkdə Yeni Demokratiya partiyası ilə qüvvələrini bir araya gətirir.