Bu yay Avropanın çox hissəsi ölümcül və amansız isti dalğası ilə üzləşib. Həftə sonu Yunanıstanın adalarından biri və turizm mərkəzi meşə yanğınlarından ən son zərər çəkib və insanlar təhlükəsiz yerlərə qaçmağa məcbur olub. Temperatur yüksəldikcə rəsmilər daha çox yanğının baş verə biləcəyi barədə xəbərdarlıq edir.
Yunanıstanın Rodos adasında meşə yanğınları artıq bir neçə gündür davam edir. Hazırda 19 mindən çox insanı öz təhlükəsizliyi uğrunda mübarizə aparmaq məcburiyyətində qoymuş fəlakətin qarşısını almaq üçün çoxmillətli səylər davam edir. Yunanıstanda Selsi ilə 45 dərəcəyə qalxan temperatur, quru şərait və eləcə də küləyin istiqamətini dəyişməsi təhlükəyə əlavə olur.
Onlarla şəxsi qayıq Sahil Mühafizəsi ilə birlikdə Yunanıstan sahillərinə gedən minlərlə insanı oradan uzaqlaşdırmağa çalışır. Rəsmilər bunu ölkə tarixindəki ən böyük evakuasiya səylərindən biri kimi qiymətləndirir. Hökumət rəsmisi dəniz xilasedicilərinin 3 min nəfəri təhlükəsiz yerlərə apardığını deyir.
Rodos uzun çimərlikləri ilə tanınan turizm məkanıdır. Burada həm də təxminən bir həftədir meşə yanğınının tüstüsündə yaşayan 100 mindən çox insan yaşayır. Lakin onlar tək deyillər.
Yanğınsöndürənlər bu yaxınlarda paytaxt Afinanın şimalında və qərbində yanğınlarla mübarizə aparıb. Səngiməyən istilik dalğaları yanğına səbəb olub və ekspertlər bunun yeni norma ola biləcəyi barədə xəbərdarlıq edirlər. BMT-nin Ekstremal İstilik üzrə baş məsləhətçisi Con Nairn: "Bu hadisələr intensiv olaraq artmağa davam edəcək və dünya daha güclü istilik dalğalarına hazırlaşmalıdır. Bu yaxınlarda elan edilmiş "El- Nino"nun ekstremal istilik hallarının baş verməsini və intensivliyini artıracağı gözlənilir. Beləliklə, qorxuram ki, onun insan sağlamlığına və yaşayış vasitələrinə kifayət qədər ciddi təsirləri olacaq".
Milli Okean və Atmosfer Administrasiyasının dediyinə görə, "El Niño" yer şəraitində və temperaturda əhəmiyyətli dəyişikliklərə səbəb ola biləcək isti suları təsvir edən iqlim modelidir.
Afina yaxınlığında və Rodos adasında baş verən yanğınlar Yunanıstan hakimiyyətinin qarşısını almaq və yaxınlıqdakı meşələrə keçməmək üçün mübarizə apardığı onlarla yerdən biridir.