Yunanıstan sularında miqrant qayıqlarının batması nəticəsində azı 16 nəfər ölüb

Yunanıstanın sahil mühafizəsi cümə axşamı ayrı-ayrı insidentlərdə, miqrantları daşıyan iki qayığın batması nəticəsində azı 16 nəfərin öldüyünü bildirib.

Rəsmilərin bildirdiyinə görə, təxminən 40 nəfərin olduğu bir qayıq Türkiyənin şərqində, Yunanıstanın Lesbos adasının yaxınlığında batıb.

Məlumatda 15 cəsədin çıxarıldığı 5 nəfərin xilas edildiyi, qalan miqrantların axtarışlarının davam etdiyi bildirilib.

İkinci qayıq Kitira adasında qayalara çırpılaraq batıb.

Rəsmilər ikinci qayıqdan 30 nəfərin xilas edildiyini bildirib.

Hər iki qayıq dənizə sürəti saatda 100 kilometrə qədər olan külək şəraitində çıxıb.

Miqrantlar adətən Yunanıstana qonşu Türkiyədən gedir. Lakin qaçaqmalçılar Egey dənizində patruldan gizlənmək üçün daha uzun və daha təhlükəli marşrutlardan istifadə edir.