Yunanıstan parlamentinin qarşısında polis və nümayişçilər arasında toqquşma baş verib

  • Amerikanın səsi

Yunanıstan parlamentinin qarşısında polis və nümayişçilər arasında toqquşma baş verib

Yunanıstanda polis və parlament binasını əhatəyə almağa çalışan nümayişçilər arasında toqquşma olub. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Yunanıstan fəhlələri 48 saatlıq tətilin ikinci günü nümayişçilər keçirdiyi zaman ölkəni iqtisadi tədbilər paketinə etiraz aksiyaları bürüyüb. Qanunvericilər Baş nazir Corc Papandreunun vergilərin yüksəldilməsi və hökumət xərclərinin azaldılmasına dair planı müzakirə edirlər.