İngilis dilində düzgün yazmağa kömək edən Grammarly proqramı

Your browser doesn’t support HTML5

İngilis dilində düzgün yazmağa kömək edən Grammarly proqramı

Ruslan Zamaray 14 ildir ABŞ-da yaşayır. Buna baxmayaraq o hələ də vacib emailləri göndərərkən əvvəlcə Grammarly proqramı vasitəsilə yazını yoxlayır.

"Mən də daxil olmaqla İT mütəxəssislərinin əksəriyyəti ingiliscə mükəmməl yaza bilmirik. Ona görə də mən bu proqramdan istifadə edirəm. Xüsusən də iş yoldaşlarına göndərilən emaillərdə.” - deyə, Ruslan bildirir.

Kiyevdən olan Aleks Şevçenko Grammarly proqramının yaradıcılarından biridir. 10 il əvvəl Kanadada məktəbi bitirərkən ingilis dilində doğru yazmaq onun üçün ən çətin işlərdən idi. Aleks dostları Maksim Litvin və Dmitro Liderlə birlikdə 2008-ci ildə Grammarly proqramını yaradıblar.

"Bu proqramın məqsədi istifadəçilərə yalnız səhvsiz şəkildə deyil, həmçinin daha aydın və daha effektiv şəkildə ünsiyyətdə olmaqlarına şərait yaratmaqdır.” - deyə, Aleks bildirib.

Proqramın yaradıcıları yeni şirkətlərini 2007-ci ildə satdıqları MyDropBox.com lahiyəsi üzərində işləyərkən qazandıqları təcrübələrə sayəsində qura biliblər. Plagiat aşkarlama alətlərindən istifadə edən ABŞ universitetləri Grammarly proqramının ilk müştərilərindən olub.

Süni intelekt əsasında hazırlanan proqramının həm pullu həm də pulsuz versiyaları yükləyə bilərsiniz. Proqramdan ingilis dili ikinci dil olan insanlar qədər ana dili olanlar da istifadə edir.

Bu gün Grammarly-nin San Fransisko, Nyu-York və Kiyevdə ofisləri var. Aleks Şevçenko deyir ki, San Fransiskoda ofis açmaq baha başa gəlsə də buna dəyər.

Şevçenko deyir ki, Silikon Vadisi Ukraynanı müasir mühəndislik qabiliyyətinə malik olan bir ölkə kimi görür. Son zamanlar Ukrayna innovasiya və inkişaf prosesinin əsas mərkəzi kimi fəaliyyət göstərməkdədir.