Bu gün Tokioda İslam Dövləti ekstremistləri tərəfindən qətlə yetirilən Kenji Qotonun xatirəsi anılıb.
Yaponiyanın matəm saxladığı bir vaxt iordaniyalı pilot Müət Əl-Kasasbehin ailə üzvləri Əmman hökumətindən onun azad edilməsi üçün əlavə addımlar atılmasına çağırıb. Onlar hökumətin həqiqəti söyləməsini tələb edir.
İordaniya kralı Abdulla İslam Dövləti tərəfindən girov götürülən pilotun azad edilməsi üçün ölkəsinin əlindən gələni etdiyini deyib.
Rəsmi Əmman pilotun sağ olduğunun sübut edildiyi təqdirdə İordaniyada ölüm hökmü altında olan iraqlı Səjidə Əl-Rişəvinin azad ediləcəyinə vəd verib.
Bütün bu səylərə yapon jurnalistin qətlindən sonra əl atılır.
Bu arada, İslam Dövlətinin internetdə yaydığı şəkillərdə bir Iraq polisi və iki əsgərin başının kəsildiyi nümayiş etdirilir.
İslam Dövlətinin yaydığı son videoda baş kəsildiyi nümayiş etdirilsə də Əl-Kasasbehin adı çəkilməyib.
Yaponiyanın baş naziri Şinzo Abe baş kəsilməsini qeyri-insani, terrorizmin dəhşətli əməli adlandırıb.
ABŞ prezidenti Barak Obama da qətli pisləyib.