Avropa İttifaqı Google şirkətini internet axtarışında Avropa İttifaqının dominant mövqeyinə müdaxilə etməkdə ittiham edib.
Qurumun rəqabət komissarı Marqrete Vestaqer deyib ki, Google sistematik şəkildə internetdə, ümumi axtarış nəticəsi səhifəsində özünün müqayisəli alış-veriş məhsulunu birinci sırada göstərməklə təbii rəqabətə müdaxilə edib.
Təhlilçilərin fikrincə, Avropa İttifaqı Google şirkətini 6 milyard dollar məbləğində cərimə və şirkətin əməliyyat üsulunda islahatlar aparılmasını tələb edə bilər.
Avropa Komissiyası Google-un əks-rəqabət razılığının və ya mövqeyindən sui-istifadə edərək smart mobil cihazların sistem, applikasiya və xidmətlərinin əməliyyatında rəqabət pozuntusunun olub-olmadığını müəyyən etmək üçün ayrıca monopoliya əleyhinə təhqiqatı aparır. Google Android mobil əməliyyat xidmətinə cavabdehdir.
ABŞ prezidenti Barak Obama isə Avropa İttifaqının Amerikanın texnologiya şirkətlərinin gücünü azaltmaq səylərini sual altına alıb.