Robert Deniro kino sahəsindəki fəaliyyətindən olduqca məmnun olduğunu deyib

Robert Denironun Hollivudda ən uğurlu karyera qurduğunu demək həqiqət olardı. Məsələ bundadır ki, Bob özü də bunu yaxşı bilir.

Aktyor özünün yeni “Grudge Match” filminin reklamı ilə məşğul olurkən indiyədək kino sahəsindəki fəaliyyətindən olduqca məmnun olduğunu, şikayət etmədiyini deyir. Aktyor etdiyi səhvlərindən ibrət götürərək karyerasını davam etdirdiyini deyib.

Onun yaxın dostu Silvester Stalloun isə onunla zarafat edərək belə deyib “Hollivudda ən yaxşı rolları sən oynamısan, daha nədən şikayət etmək istəyirdin ki?”

Daha sonra öz karyerası barədə danışan Roki rolunun ifaçısı 1992-ci ildə çəkildiyi “Dayan, Yoxsa Anam Atəş Açacaq” adlı filmini məsxərəyə qoyaraq bu biabırçılıqla yaşamalı olduğunu deyir.

Amma “Expendable” filmindəki rolu ilə 67 yaşlı aktyor hələ qocalmadığını, dünyanın gediş gəlişini başa düşdüyü açıq aydın göstərir.

De Niroya gəldikdə isə artıq Oskar uda bilən rollar ifa etməməsinə baxmayaraq, o, həmişəlik yaddaşlarda ən azından “Goodfellas” filmində yaratdığı obrazı ilə qalacaq.