Jurnalın arasından 7 milyon rus rublu çıxıb

Rus rublu

Azərbaycan gömrükçüləri 5 ədəd jurnalın vərəqləri arasından 7 milyon rus rublu (230 min ABŞ dolları) aşkar edib
Azərbaycan gömrükçüləri Bakı aeroportunda Bakı-Mineralnıye Vodı (Rusiya) aviareysi ilə getmək istəyən Azərbaycan vətəndaşı Əli Ağayevin çantasındakı 5 ədəd jurnalın vərəqləri arasından 7 milyon rus rublu (230 min ABŞ dolları) aşkar edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, vətəndaş apardığı pulları gömrük nəzarətindən keçirərkən nə şifahi, nə yazılı, nə də elektron formada bəyan etməyib.