Arxeoloqlar qızıl dəfinə aşkarlayıb

Sheik Hamad bin Khalifa Al-Thani<span class="Lbl">, 61,&nbsp; took the rare step for a Gulf Arab ruler of voluntarily ceding power to his son </span><span class="Lbl">Crown Prince Sheikh Tamim Bin Hamad Al-Thani</span><span class="Lbl"> to try to ensure a smooth succession.</span>

Dəfinəyə daxil olan sikkələr 1700-cü illərə aid Holland istehsalı olan qızıl dukatlardır
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası Ağsu şəhərində qızıl sikkə nümunələrindən ibarət dəfinə aşkarlayıb.
Ekspedisiyadan Trend Agentliyinə verilən məlumata görə, şərti olaraq VII qazıntı sahəsi adlandırılan ərazidə qazıntı işləri davam etdirilərkən bir-birinin yaxınlığında səpələnmiş vəziyyətdə olan qızıl sikkə nümunələrindən ibarət dəfinə aşkara çıxıb.
Sikkələrin ümumi sayı 37-dir. Onlardan biri 1781, biri 1786, üçü 1787, biri 1796, otuz biri isə 1800-cü ildə zərb olunub. Aşkar olunmuş qızıl sikkələrin demək olar ki, hamısı yaxşı vəziyyətdədir.
Məlumat üçün bildirək ki, dəfinəyə daxil olan sikkələr Holland istehsalı olan qızıl dukatlardır. Sikkələrin əyarı 986, diametri 21,8 mm, qalınlığı 1,3 mm, leqal çəkisi 3,49 qram, forması dairəvi, kənarı döyülüb, üzəri zərb olunub.
Sikkələrin aversində latın dilində yazısı olan ornamentli kvadrat lövhə var. Üzərində qısa olaraq “MO.ORD.PROVIN.FOEDER.BELG.AD.LEG.IMP." yazılıb. Yazının latın dilində açılışı belədir: "MOneta ORDinum PROVINciarum FOEDERatorum BELGicarum AD LEGem IMPerii". Yazı "İmperiya qanununa uyğun olaraq Belçika Əyalət Federasiyası hökümətinin sikkəsidir" kimi tərcümə olunur.
Sikkələrin reversində mərkəzdə zirehli cəngavər təsvir olunub. Cəngavərin sağ əlində çiyninə qaldırdığı qılınc, sol əlində ox dəstəsi var. Cəngavərin sağ tərəfində dördrəqəmli miladi tarixinin ilk iki rəqəmi, sol tərəfində isə son iki rəqəmi zərb olunub. Üzərində qısa olaraq latın dilində "CONCORDIA.RES.PAR.CRES.HOL." yazılıb. Yazının latın dilində tam açılışı belədir: "CONCORDIA RES PARvae CREScunt HOLlandiae". Yazı hərfi mənada belə tərcümə olunur: "Uzlaşmış kiçik əşyaların çoxalması ilə - Hollandiya". Yəni "Güc birlikdədir".
Analoji sikkə nümunələri XVIII əsrdə dünyanın ən müxtəlif ölkələrində geniş yayılıb. Mütəxəssislərin fikrincə, o dönəmdə Holland qızıl dukatları öz əhəmiyyəti etibarilə bugünkü ABŞ dolları mahiyyətində idi.
Dəfinə artıq Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.