"Girls Making Change"
Your browser doesn’t support HTML5
"Girls Making Change" layihəsi qızların proqramlaşdırma sahəsində iştirakının artırılmasına diqqət çəkmək məqsədi ilə həyata keçirilib.
Bu layihə çərçivəsində 17-21 yaş aralığındakı 45 qız proqramlaşdırma dilləri üzrə 96 saatlıq dərslərə cəlb olunublar.
6 ay davam edən layihənin ilk mərhələsində iştirakçılar"Liderlik bacarıqları", "Məqsədlərin təyin edilməsi", "Vaxtın idarə edilməsi", "Şəxsi-brendinq" kimi təlimlərə qatılıblar.
Layihənin 2-ci mərhələsində iştirakçılar "Gender bərabərliyi" və "Qadın hüquqları" təlimlərində iştirak ediblər.
3-cü mərhələdə isə iştirakçılar"Karyera planlaşdırılması", Fehruz Cəbrayılovun təqdimatında "Xaricdə təhsil imkanları", “Start-up, innovasiya”, "Data və detallar" təlimlərinə qatılıblar.
Son mərhələdə isə ən uğurlu iştirakçılar proqramlaşdırma dərsləri üzrə müsabiqəyə cəlb olunub və xüsusi hədiyyələrlə qiymətləndiriliblər.