Energetika üzrə Avropa Komissarı Bakıya gəlir

Energetika üzrə Avropa Komissarı Günter Ottinger

“Ottingerin səfəri Cənub nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi yolunda bir addımdır”, - deyə Avropa İttifaqının Bakı ofisinin rəhbəri Rolan Kobia bildirib. Cənab Ottinger Bakıdan Aşxabada gedəcək.
Energetika üzrə Avropa Komissarı Günter Ottinger sentyabrın 1-2-də Azərbaycana gələcək.
Avropa İttifaqının Bakı nümayəndəliyinin məlumatına görə, cənab Ottinger prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, sənaye və energetika naziri Natiq Əliyevlə görüş keçirəcək. O, Bakıdan Türkmənistana yola düşəcək.
“Ottingerin səfəri Cənub nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi yolunda bir addımdır, bu, Azərbaycan və Avropa İttifaqı prezidentlərinin 2011-ci ildə imzaladıqları birgə bəyannamədə əks olunub. O vaxtdan etibarən layihənin həyata keçirilməsində böyük irəliləyiş əldə olunub ki, bu da qaz alqı-satqısı və TANAP qaz kəmərinin tikintisi haqqında Azərbaycan-Türkiyə sazişinin imzalanmasında özünü göstərib.
“Bütün bunlar Azərbaycanın Avropalı istehlakçılara qaz ixrac edilməsi öhdəliklərinə sadiq olduğunu göstərir”, deyə Avropa İttifaqının Bakı ofisinin rəhbəri Rolan Kobia bildirib