Honq Konqda konsert zamanı böyük ekran paneli rəqqasların üstünə düşüb

İyulun 28-də Honq Konqda konsert zamanı böyük bir video ekran paneli səhnəyə düşüb. Məşhur oğlanlardan ibarət Mirror Dancers qrupunun səhnə çıxışı zamanı baş verən hadisə nəticəsində bir rəqqas əzilib, digərləri ekranın altında ilişib qalıb. Hökümət hadisə ilə bağlı təhqiqat başladıb və konsert yerini qarşıdan gələn şoular üçün bağlı elan edib.

Hong Kong Concert Investigation

Yerli RTHK telekanalı xəbər verir ki, azı iki rəqqas yaralanıb, birinin vəziyyəti ağır, digərinin vəziyyəti stabildir.

Yerli KİV-in məlumatına görə, tamaşaçılardan da üç nəfər yaralanıb. Hadisə nəticəsində çox sayda pərəstişkarın emosional sarsıntı keçirdiyi bildirilir.

Honq Konqun icraçı direktoru Con Li cümə hadisədən şoka düşdüyünü bildirib. Hökumət ifaçılar, işçilər və ictimaiyyəti qorumaq üçün təhlükəsizlik tədbirlərini . yenidən nəzərdən keçirəcək.

Şəhərin mədəniyyət katibi Kevin Yeunq səhnə quruluşu təhlükəsiz olana qədər şounun dayandırılacağını deyib. O, açıqlamasında bildirib ki, hökumətin istirahət bürosu son günlər baş verən digər səhnə hadisələri ilə bağlı konsertin təşkilatçısı ilə artıq əlaqə saxlayıb.

Konsert təşkilatçısı MakerVille şirkəti qəzanın səbəbinin hərtərəfli araşdırılacağını bildirib.