Dortmundda futbol komandasının avtobusuna hücumla bağlı heç bir dəlil əldə edilməyib

Almaniya prokurorlarının bügünkü bəyanatında Dortmundda futbol komandasının olduğu avtobusa edilən bomba hücumunda əli olmaqda şübhəli bilinərək həbs edilən şəxslə bağlı müstəntiqlərın heç bir dəlil əldə etmədiyi deyilir.

Lakin bəyanatda deyilir ki, İslam Dövləti qrupunun üzvü olduğu iddia edilən Əbdül Bəsət adlı şəxsin axtarışı davam edir.

Çərşənbə axşamı Monako komandası ilə yarışacaq Dortmund komandasının oyunçusu Mark Bartra və bir polis işçisinin yaralanması ilə nəticələnən bomba hücumu komandanı sarsıdıb.

Məktublarda "Tornado" qırıcı təyyarələrinin istifadəsi və "Ramşteyn" hərbi hava bazasının fəaliyyətinin dayandırılması tələb edilib

Alman prokurorlarının dediyinə görə, hücum yerində tapılan məktublar hücumun müsəlman ekstemistləri tərəfindən həyata keçirildiyinə uşarədir.

"Hadisə yerində aşkar edilən üç məktubun məzmunu eynidir və bu da hücumun islamçı ekstremistlər tərəfindən həyata keçirildiyinə işarədir. Məktublarda "Tornado" qırıcı təyyarələrinin istifadəsinin dayandırılması və "Ramşteyn" hərbi hava bazasının fəaliyyətinin dayandırılması tələb edilib" deyə, Federal Prokurorları İdarəsinin sözçüsü bildirib.

Məktublarda adı çəkilən qırıcı təyyarələrin bazası Türkiyədə yerləşir.