Bu gün Almaniyanın əsas şəhərlərində küçələrə çıxan on minlərlə insan Avropa Birliyinin ABŞ və Kanada ilə azad ticarət sazişinə qarşı etiraz aksiyaları keçirib.
Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığının (TTIP) və Kanada-AB Müfəssəl İqtisadi və Ticarət Sazişi əheyhdarları bildirib ki, bu razılıqlar demokratiyanı şübhə altına almaqla yanaşı, ərzaq, ekologiya təhlükəsizliyini və işçi standartlarını aşağı salacaq.
Berlində nümayişçilər "CETA-ya son - TTIP-yə son" şüarları yazılan plakatlar qaldırıb. Şüarlar arasında "İnsanlar maraqlardan daha önəmlidir" sloqanı da yer alıb.
Berlində nümayişçilər "CETA-ya son - TTIP-yə son" şüarları yazılan plakatlar qaldırıb. Şüarlar arasında "İnsanlar maraqlardan daha önəmlidir" sloqanı da yer alıb.
Ətraf mühit qrupları, həmkarlar ittifaqları və müxalif partiyalardan ibarət alyans ölkə boyu aksiyalarda 320 mindən çox insanın iştirak etdiyini bildirib. Nümayişlər Berlin, Frankfurt, Hambirq, Leypziq, Münih və Ştutqart şəhərlərində keçirilib.
Polis iştirakçıların sayının 180 min olduğunu və aksiyanın dinc keçirildiyini bildirib.
Almaniya ilə yanaşı, Vyana, Salzburq, Göteburq və Stokholm kiimi şəhərlərdə də kiçik nümayişlərin planlaşdırıldığı deyilir.
Almaniya ilə yanaşı, Vyana, Salzburq, Göteburq və Stokholm kiimi şəhərlərdə də kiçik nümayişlərin planlaşdırıldığı deyilir.
Sazişlərin tərəfdarları isə ticarət paktları sayəsində qlobal iqtisadiyyatın inkişaf edəcəyini vurğulayır.