Şimali Koreya nüvə silahı istehsalı üçün avadanlıqları Almaniyadakı səfirliyi vasitəsilə əldə edir

Almaniya Kəşfiyyat Agentliyinin başçısı Şimali Koreyanın nüvə silahı istehsalı üçün avadanlıq və texnologiyanı Berlindəki səfirliyi vasitəsilə əldə etdiyini bildirib.

İctimai televiziyaya verdiyi şərhində Han-Georq Maassen deyib ki, agentliyinin baş verənləri təsbit edəcəyi və qarşısını ala biləcəyinə əmin deyil.

Maassenin dediyinə görə, Almaniya rəsmiləri Şimali Koreyanın nüvə silahının hazırlanmasında istifadə edilən hissələri Almaniyadan gizli alıcılar tərəfindən qara bazardan aldığından şübhələnir. O, şimali Koreyanın dəqiqliklə hansı təchizatı aldığını deməsə də, bunun mülki və hərbi sahədə istifadə edilən ikitərəfli texnologiya olduğunu bildirib.

Şimali Koreya səfirliyinin sözçüsü CNN kanalına sadəcə bu xəbərin doğru olmadığını deyərək, təkzib edib.

BMT Şimali Koreyanın nüvə silahının inkişafını və ballistik raketlərin sınağını dayandırmadığına görə bu ölkəyə qarşı ciddi sanksiyalar tətbiq edib.