Tbilisi və Moskva arasında çarter uçuşları bərpa edilib

Tbilisi və Moskva arasında çarter uçuşları bərpa edilib

Gürcüstan hava yollarına məxsus 737 növlü təyyarə bu gün paytaxt Tbilisidən havaya qalxıb və iki saatdan sonra Moksvada enib

Rusiya və Gürcüstan 2008-ci ildə qısa müddətli müharibədən sonra iki ölkənin paytaxtı arasında çarter uçuşlarını bərpa edib. Gürcüstan hava yollarına məxsus 737 növlü təyyarə bu gün paytaxt Tbilisidən havaya qalxıb və iki saatdan sonra Moksvada enib. 120 sərnişini olan təyyarə sonra Moskvadan Tbilisiyə qayıdıb. Rusiya mətbuatı Gürcüstan rəsmilərinə istinadən bildirir ki, iki ölkənin hökuməti iyul ayının 1-ə qədər 12 belə uçuşun həyata keçirilməsini nəzərdə tutur.