Gürcüstanın Çinlə yeni strateji tərəfdaşlığı Qərbdə narahatlıq doğurur

Gürcüstanın baş naziri İrakli Qaribaşvili və Çin prezidenti Şi Tsinpin

NATO və Avropa İttifaqına namizəd olan Gürcüstan Çinlə yeni strateji tərəfdaşlıq elan edib və bu, alyansın Tbilisinin uzun müddətdir davam edən Qərb tərəfdaşlığını gərginləşdirəcəyi narahatlığına səbəb olub.

Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin keçən ay Pekinə rəsmi səfərindən sonra Gürcüstan Çinlə strateji tərəfdaşlıq sazişi imzalayıb.

Tərəfdaşlıq özündə Tbilisinin 3,5 milyondan çox vətəndaşı üçün nəzərdə tutduğu mümkün iqtisadi faydalarla artan ticarət və infrastrukturun inkişafı potensialını daşıyır.

"Çin çox sürətlə Gürcüstanın üçüncü ən böyük ticarət tərəfdaşına çevrildi. Və bu gün siz potensial barədə soruşduğunuza görə, biz daha nəyə nail ola bilərik? Mən asanlıqla deyə bilərəm ki, biz Çin bazarına daha çox mal, daha çox və daha keyfiyyətli məhsul ixrac etmədə davam edə və əksinə, Çin asanlıqla Gürcüstan üçün 1 nömrəli ticarət tərəfdaşına çevrilə bilər. Deməli, böyük potensial var" - deyə, Qaribaşvili bu yaxınlarda Çinin CGTN telekanalının "Liderlər danışır" verilişində bildirib.

Qaribaşvili bunun ölkəsi üçün Qara dənizin şərqində unikal strateji vətiyyət kimi qiymətləndirib və bunu Şərqi Qərblə birləşdirə biləcək "ən qısa yol" adlandırıb.

Razılaşma Gürcüstanın bu ilin sonunda Avropa İttifaqına gözlənilən namizədliyi ilə bağlı Avropa Komissiyasının qərarını gözlədiyi bir vaxt ciddi şəkildə araşdırılıb.

Qaribaşvilinin izah etdiyi kimi, strateji tərəfdaşlıq ticarət və logistika sahəsində əməkdaşlığı genişləndirmək məqsədi daşıyır.