Genetik modifikasiya edilmiş laboratoriya sürfələri [Video]

Your browser doesn’t support HTML5

Genetik modifikasiya edilmiş laboratoriya sürfələri

Son onilliklərdə heyvalar üzərində sınaq keçirmək problematik bir hal alıb. Heyvan haqları fəalları bir sıra heyvan zorakılığı hallarının üstünü açıblar. Bundan əlavə isə laboratoriya heyvanlarını saxlamaq da çox bahalıdır. Bəs əczaçılıq şirkətləri dərmanlarının effektivliyi və təhlükəsizliyini başqa necə yoxlaya bilərlər? Bu suala cavabı laboratoriyadakı petri kasasında tapmaq olar.

Eksperimentlərdə istifadə olunan siçovul kimi laboratoriya heyvanlarını saxlamaq tədqiqatçılara baha başa gəlir.

Biz onları əvvəlcədən müəyyən edilmiş genetik plana əsasən yetişdiririk. Biz cütləşən koloniyaların genomlarının DNT nukleotidlərinin ardıcılığını müəyyən etmişik və beləcə bütün sürfələrin eyni genetik cinsdən əmələ gəldiyindən əminik.
Olivia Çampion

Ancaq bu güvə sürfələri bu problemi həll edə bilər.

BioSystems Technologies şirkətinin alimləri deyir ki, onların yetişdirdiyi sürfə bir çox bahalı məməliləri əvəzləyə bilər.

BioSystems Technologies-dən Dr. Olivia Çampion: “Məsələn mümkün antibiotikləri erkən mərhələdə yoxlayıb, təsiri (effekliliyi) olan tərkib hissələri və onların bakteriyal patogenlərə qarşı fəallıqlarının olub-olmadığını müəyyən etmək olar. Bundan əlavə bu tərkib hissələrin toksikliyini də yoxlamaq olar. Bu cür eksperimetnləri isə məməlilərlə etmək olmur”.

Sürəflərlə bunu etmək hər zaman mümkün idi, ancaq problem ondadır ki, heç kəs dərmanları test etmək üçün xüsusi olaraq sürfə yetişdirmirdi.

“Sürfədən istifadə edən hər kəs onları balıq yemi kimi alırdı. Onlar ya onlayn ləvazimat mağazalarına ya da lokal heyvan mağazalarına gedib, laboratoriyada tədqiqatlarda istifadə etmək üçün xeyli sürfə alırdı”, Dr. Çampions bildirir.

Galleria adlanan bu sürfələr fərqlidir: onlar eyni ölçü, çəki və yaşdadırlar, təmizləniblər və heç bir antibiotik və ya hormondan istifadə olunmadan yetişdiriliblər.

Qalleria sürfələri

Dr. Çampion: “Biz onları əvvəlcədən müəyyən edilmiş genetik plana əsasən yetişdiririk. Biz cütləşən koloniyaların genomlarının DNT nukleotidlərinin ardıcılığını müəyyən etmişik və beləcə bütün sürfələrin eyni genetik cinsdən əmələ gəldiyindən əminik.”

Sürfələrə müxtəlif mikrob yeridib sonra potensial müalicələr təbiq etməklə, bu komanda hansı müalicə üsulllarının təsirli olub-olmadığını müəyyən edə bilir.

“Biz bütün galleriaların 19 saat sonra öləcəyini gözləyirik. Bu isə o deməkdir ki, əgər 19 saat sonra patogen və ektstrakt yeridilən hər hansı sürfə sağ qalsa, biz həmin ekstraktın patogenə qarşı müsbət təsirinin olduğunu müəyyən edəcəyik”, deyə BioSystems Technology Nikola Senior bildirir.

Tədqiqatçılar deyir ki, bu sürfələrlə onlar laboratoriyalarda istifadə olunan məməlilərin sayını 80 faiz azalda bilərlər.