ABŞ generalı Əfqanıstanda təhlükəsizliyin bərpası üçün birgə mübarizəyə çağırıb

ABŞ generalı Əfqanıstanda təhlükəsizliyin bərpası üçün birgə mübarizəyə çağırıb

General Petreas deyib ki, düşməni məğlub etmək üçün Əfqan və NATO qüvvələri arasında etimad olmalıdır

Britaniyanın Əfqanıstandakı 3 əsgəri və bir əfqan əsgərinin ölkənin cənubunda birlikdə patrulda olarkən qətlə yetirildikləri bildirilir. Əfqanıstanın müdafiə nazirliyinin sözçüsü Məhəmməd Zahir Əzimi bu gün Helmənd vilayətində hadisənin baş verdiyini təsdiq edib. Rəsmilər hadisə zamanı azı iki Britaniya əsgərinin yaralandığını və hücumdan sonra bir əfqan əsgərinin qaçdığını bildirmişlər.

Bu gün açıqlanan bəyanatda NATO və Birləşmiş Ştatların ordu komandiri, general Devid Petreas Əfqanıstanda təhlükəsizliyin bərpası üçün birgə mübarizəyə çağırıb. General Petreas düşməni məğlub etmək üçün Əfqan və NATO qüvvələrinin arasında etimad yaradılmalı olduğunu deyib.