Bakıda vətəndaş cəmiyyətinin gender bərabərliyi və qadın hüquqlarının inkişafında rolunun gücləndirilməsi layihəsinə başlanılıb [Video]

Layihə Avropa İttifaqı və BMT -nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilir, ümumi büdcəsi 444.000 avrodur

Bakıda vətəndaş cəmiyyətinin gender bərabərliyi və qadın hüquqlarının inkişafında rolunun gücləndirilməsi layihəsinə başlanılıb.

Layihənin məqsədi gender bərabərliyi və qadın hüquqlarının inkişafında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi, kənd, rayon qadınlarının iqtisadi və ictimai həyatda iştiraklarının təşviq edilməsidir. Layihə BMT-nin İnkişaf Proqramı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Regional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti ilə birlikdə iki il ərzində həyata keçiriləcək. Layihə Avropa İttifaqı və BMT -nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilir, ümumi büdcəsi 444.000 avrodur.

BMT- nin rezident əlaqələndiricisi Qulam İsaqzai 2011-ci ildən Azərbaycanın regionlarında dövlət komitəsi ilə birlikdə resurs mərkəzlərinin yaradıldığını bildirib:

"BMT-nin Azərbaycandakı fəaliyyətində qadın hüquqları xüsusi dəsti-xəttlə qeyd edilir”.

Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dayanıqlı inkişaf məqsədləri ümumbəşəri dəyərə çevrilib:

“BMT olaraq qarşımızda belə öhdəlik var ki, hər bir ölkəyə bu məqsədlərin həyata keçirilməsi və yerli şəraitə uyğunlaşdırılması baxımından müvafiq yardım göstərək. Bu yardım nəticəsində hər ölkə dayanıqlı inkişaf məqsədlərini milli-siyasi proqramlar çərçivəsində həyata keçirə bilməlidir. Zənnimcə, 15 illik bir dövrdən sonra Azərbaycanın bu məqsədlərə necə nail olmasını özünüz görəcəksiniz”.

Azərbaycanın hələ 1918-ci ildə qadınlara seçmək, seçilmək hüququ verdiyini xatırladan Q. İsaqzainin sözlərinə görə, Azərbaycan müstəqilliyini əldə etdiyi ilk dövrlərdən mütərəqqi mövqedən çıxış edir.

Your browser doesn’t support HTML5

Bakıda vətəndaş cəmiyyətinin gender bərabərliyi və qadın hüquqlarının inkişafında rolunun gücləndirilməsi layihəsinə başlanılıb