N!DA repressiyaların dayandırılmasını tələb edir

British Guardsmen form the honor guard during the ceremonial welcome ceremony for Singapore's President Tony Tan Keng Yam at the start of a state visit at Horse Guards Parade in central London.

N!DA Vətəndaş Hərəkatı həbsdə olan 7 üzvünə qarşı yeni ittihamın irəli sürülməsini seçki dövründə Azərbaycanda siyasi aktivlik göstərən gənclərin susdurulmasına yönəldiyini bəyan edir.

N!DA Vətəndaş Hərəkatının yaydığı bəyanatda deyilir ki, “N!DA üzvlərini ölkədə kütləvi iğtişaş törətməkdə ittiham etməklə Azərbaycan hakimiyyəti ümumilikdə ölkə gənclərinin gözünü qorxutmaq, seçki ilində onların siyasi fəallığını minimuma endirmək məqsədi güdür”.

“N!DA VH hesab edir ki, üzvlərinə qarşı irəli sürülmüş bu yeni ittiham mart ayının 7-dən bəri hərəkata qarşı başladılmış repressiya dalğasının növbəti mərhələsidir.

Hərəkat bəyan edir ki, Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadəyə qarşı açılmış cinayət işinin motivinin dəyişdirilərək N!DA-çıların işinə birləşdirilməsi hakimiyyətin seçki ilində belə absurd qərarlar qəbul edəcək qədər narahat olduğunun göstəricisidir.

Buna görə də N!DA VH Azərbaycan hakimiyyətini demokratik dəyişikliklər uğrunda fəaliyyət göstərən ölkə gəncliyinə qarşı yürütdüyü bu repressiya siyasətini dayandırmağa və əsassız şəkildə həbs edilən üzvləri dərhal azadlığa buraxmağa çağırır.

Hərəkat Azərbaycan hakimiyyətindən bu cür qanunsuz addımlar atmaqla dövlətin nüfuzuna xələl gətirməyi dayandırmağı tələb edir.

«Nida»nın 7üzvü həbsdədir. Onlar martın 10-da «Əsgər ölümünə son» aksiyasında istifadə üçün «Molotov kokteyli» hazırlamaqda ittiham olunurlar.

Həmin faktlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.