"Benim çocuğum" - Homoseksuallar haqda film [Video]

Your browser doesn’t support HTML5

Türkiyədə homioseksuallıq qanunidir. Lakin mühafizəkar müsəlmanların çoxluq təşkil etdiyi ölkədə bu məsələ mübahisə doğurur.

İstanbulda “Mənim uşağım” sənədli filminin nümayiş etdirildiyi kino-zal tamaşaçılarla doludur. Filmdə homoseksual, biseksual, transvist uşaqlarını dəstəkləyən “Listaq” valideyn qrupundan bəhs edilir. Bu qrup homoseksual uşaqları olan valideynlərə ictimaiyyətdə bu problemlə yaşamalarına yardım etməyə çalışır.

Filmin direktoru Can Candan bu filmin ictimaiyyətin LQBT-yə münasibətini dəyişəcəyinə ümid etdiyini deyir. “Biz cəmiyyətimizin dəyişməsini istəyirik. Bu sənədli film valideynlərin hekayələrini ictimaiyyətə çatdırır."

Ölkənin aparıcı qəzeti film haqda birinci səhifədə dərc etdiyi məqalələrində valideynlərin müsbət işlərindən danışır. Lakin Türkiyə mediası adətən valideynlərin, yaxud ailə üzvlərinin belə problemi olan uşaqlara hücumlar etdikləri və ya qətlə yetirdikləri barədə yazır.

Lakin Türkiyə cəmiyyəti dəyişir. Keçən il İstanbulda keçirilən “Homoseksualların 20-ci paradına minlərlə insan qatılmışdı. Keçən ilin iyun ayında isə homoseksuallar qrupundan 2 qadın ölkənin əsas müxalifət partiyası tərəfindən parlamentə dəvət edildi. “Listaq” qrupunun üzvü Sule Ceylan Türkiyənin doğru yol seçdiyini deyir. “Əlbəttə çox şey dəyişib. Biz, iki ana parlamentə getdik və belə bir addım hamını heyrətə gətirdi. Onlar bizə böyük maraq göstərdilər. Onlar görürlər ki, bu uşaqlar kosmosdan gəmləyib. Onların valideynləri və ailələri var. Baxın buraya çox sayda insan gəlib. Mən çox həyəcanlıyam və daha gözəl işlərin baş verəcəyindən əminəm.”

Bu insanla dolu zalda film çox yaxşı qarşılandı. Filmə baxarkən valideynlərin nə dərəcədə vacib iş gördüyünün şahidi oluruq. Bir qadın filmin ailə filmi olduğunu, filmdəki hər valideynin usagı üçün əlindən gələni etdiyini, hətta ölməyə belə hazır olduğunu və bu filmin fədakarlıq rəmzi olduğunu deyir.

"Mənim uşağım" filmi Türkiyədə, Fələstinin Ramallah şəhərində və digər ölkələrdə nümayiş etdirilib. Rejissorlar və valideynlər bu filmin homoseksuallıq məsələsinə baxışları dəyişəcəyinə ümid edirlər.