“Gallup” təşkilatının keçirdiyi sorğunun nəticələrinə görə, kişilər arasında prezident Barak Obama, qadınlar arasında isə prezidentliyə Demokrat namizəd Hillari Klinton Amerikada ən çox pərəstiş edilən insanlardır. “Amerikalıların 17 faizi cənab Obamaya, 13 faizi isə xanım Klintona pərəstiş edir” deyə, “Gallup” bildirir.
Cənab Obama 8 dəfə olduğu halda, Hillari Klinton 14-cü dəfə bir-birinin ardınca daxil olmaqla, 20 dəfə siyahıda ən yuxarı yeri tutub. Ən yuxarı üçüncü yerdə isə hərəsi 5 faizlə Roma Papası Frensis və prezidentliyə digər namizəd Donald Tramp gəlir. Donald Tramp bundan əvvəl də 1988-ci ildən 1990-ci ilədək, sonra isə 2011-ci ildə ilk 10 ən populyar adam arasında olub.
“Gallup” Trampın son zamanlar xəbərlərdə çox göründüyü və amerikalıların çoxunun diqqət mərkəzində olduğu üçün onun təəccüb doğuracaq qədər güclü olduğunu bildirib.
Qadınlar arasında ən yüxarı sırada isə 4 və 5 faizlə pakistanlı fəal Malala Yusefzay və işgüzar qadın Opra Vinfrey durur.
“Gallup" amerikalıların adətən prezidentlərinə hakimiyyətdə olduqları vaxt pərəstiş etdiyini qeyd edir və 8 il müddətində pərəstiş edilən prezidentlərin sayının o qədər də çox olmadığını əlavə edir. Prezident Obamaya qədər pərəstiş edilən digər prezident 8 il hakimiyyətdə olan Eyzenhauer olub. "Pezidentlik dönəmində o qədər də populyar olmayan Eyzenhauerın adı 1950-ci, 1967-ci və 1968-ci illərdə birinci onluqda ən yuxarı yerdə olub” deyə “Gallup” bildirib.
Vaxtilə adı 13 dəfə ən yüksək sırada olan birinci xanım Eleanor Rusveltdən sonra xanım Klinton gəlir. Hillari Klinton 20 dəfə onluqda ən yüksək yerdə olan ilk qadındır.