Fələstinli rəssam Livanda qaçqın düşərgəsinə rəng qatır

Your browser doesn’t support HTML5

83 yaşlı Mustafa Əhməd divar rəsmələri ilə düşərgə sakinləri arasında məşhurdur.

"Rəsm çəkməyə başladıqda başa düşdüm ki, mən özümü, vətənimi çəkirəm. Mən həyatı çəkirəm.”

Rəssam və fotoqraf Fələstin ərazilərində dünyaya gəlib. Rəsmə erkən yaşlarında başlayan Əhməd rəsmlərinə reaksyalardan olduqca məmnundur.

“Mənim gördüyüm iş hamını sevindirir. Onlar məni şərəfləndirir. Yolda gedərkən insanlar məni gözəl təbəssümləri ilə salamlayır. Mən özümü xoşbəxt hiss edirəm."

Qaçqınlar Əhmədin işinə olduqca minnərdardırlar.

"Allaha şükürlər olsun ki, düşərgəmizdə gənclər və yaşlılar arasında mədəniyyətimizi yaşadanlar var. Bu, fFləstin xalqının inkişafı və qüdrəinin əsas amili hesab edilir" – deyə, qaçqınlardan biri deyib

Əhməd son zamanlar Sara Musa adlı fələstinli qıza rəsm dərsləri verir. Əhmədə küçədə rast ələn 23 yaşlı kimya fakültəsi tələbəsi hobbisinə bu yolla çatır.

“Mən onun rəsm çəkməyini izləyirdim. Gələrkən işinə başladığını, gedərkən işini bitirdiyini görürdüm. Mən heyran qalırdım. Qərara gəldim ki, o mənə dərs deyə biləcək bir rəssamdır.

Əhmədin divar rəsmləri bir gününü alır. Bunun dəyəri isə bir rəng spreyi qədərdir.