Fələstinin xarici işlər naziri Riyad Əl-Məliki Avstraliya baş nazirinin Qüdsü İsrailin paytaxtı kimi tanınmasına hazır olduğuna dair bəyanatını qınayıb.
Əl-Məliki deyib ki, bunu etməklə Avstraliya İndoneziya kimi müsəlman ölkələri ilə ticarət əlaqələrini təhlükə altına alır. .
“Avstraliyanın bu addımı beynəlxalq qanuna ziddir. O, BMT təhlükəsizlik qətnamələrinin, xüsusilə də 1980-ci il 478 saylı qətnaməsini pozur və bununla BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlik edir”-deyə, Əl-Məliki bildirib.
Avstraliya baş naziri Skot Morrisonun Qüdsü paytaxt kimi tanıması və bəlkə də orada Avstraliyanın səfirliyinin açılması barədə şərhləri ABŞ prezidenti Donald Trampın dekabr ayında qəbul etdiyi mübahisəli qərarı kimi onilliklərlə davam edən diplomatik səylərin pozulması ilə nəticələnə bilər.
İndoneziyanın yüksək səviyyəli diplomatı Retno Marsudi ölkəsinin iki dövlət prinsipi üzrə həllə dsətəyini bildirib və Avstraliyanı bunun mümkün nəticələri ola biləcəyi barədə xəbərdarlıq edib.
Fələstin məsələsi İndoneziyada hassas məsələlərdən biridir. Keçən ilin dekabr ayında prezident Donald Trampın Qüdsü İsrailin patyaxtı kimi tanıması qərarı İndoneziyada on minlərlə insanın etirazına səbəb olub.