NİDA fəalları Qiyas İbrahimov və Bayram Məmmədov məhkəmənin təyin etdiyi cəriməni xırda pullarla ödəyib.
Qiyas İbrahimov bildirib ki, beş gün əvvəl Nizami rayon icra və probasiya şöbəsindən ona Bakı Ağır Cinayətlər Məhkəməsinin təyin etdiyi 73 manat ölçüsündə ekspertiza xərclərinin ödənilməsi haqqında məktub gəlib.
Bayram Məmmədov Amerikanın Səsinə bildirib ki, ona təyin edilmiş 73 manat 4 qəpik cəriməni xırda qəpiklərləı ödəmək üçün hazırda bankdadır.
SEE ALSO: Bayram Məmmədov həbs edilibSanksiya Bakı Ağır Cinayətlər Məhkəməsinin İbrahimovun və Məmmədovun qanunsuz narkotik dövriyyəsi ittihamı ilə azadlıqdan məhrum edilməsi haqqında hökmlə əlaqədar təyin edilib. İbrahimov və Məmmədov hökmü qanunsuz hesab etsə də, ekspertiza xərcini ödəmək qərarına gəlib.
"Barəmizdə çıxarılan qərar bütövlükdə qanunsuz və saxtadır. Onun tərkib hissəsi olan ekspertiza xərci də. Evimizə narkotik atıblar, sonra da onun ekspertizasını da bizim boynumuza qoyublar. Biz də qərara gəldim ki, bunu bir ictimai aksiyaya çevirərək, xərcini 1, 3 və 5 qəpiklə ödəyək, sayanda bir az əziyyət çəksinlər,"İbrahimov bildirib.
Onun sözlərinə görə, iki gün ərzində onlara dəstək üçün kifayət edəcək qədər xırda qəpiklər yığılıb.
"Artıq qalan pul digər qanunsuz cərimələnənlərin "qəpik aksiyalarına" veriləcək," İbrahimov bildirib.
SEE ALSO: Qiyas İbrahimov: "Sübut haradadır ki, mən prezidenti təhqir eləmişəm?" [Videolar]Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da Heydər Əliyevin abidəsində siyasi şüarlar yazdıqdan sonra həbs ediliblər. Hər ikisi qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Fəallar bu ilin martında əvf fərmanı ilə azadlığa çıxıblar.