İctimai fəal Qiyas İbrahimov Bakı Şəhər Baş Polis İdarəsində iki saat profilaktik söhbət edildikdən sonra azad buraxılıb. Onunla söhbəti Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov və onun müavini aparıb. Görüşdə ictimai fəalla birgə anası da iştirak edib. Vəkili görüşə buraxmayıblar.
Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da Heydər Əliyevin Bakıdakı abidəsinin üzərində siyasi şüarlar yazdıqdan sonra saxlanılıb.
SEE ALSO: Bayram Məmmədov işgəncəyə məruz qaldığını bildiribOnlar qanunsuz narkotik dövriyyəsində ittiham olunub və 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı onları "vicdan məhbusu" kimi tanıyıb.
Qiyas İbrahimov və Bayram Məmmədov bu il martın 16-da prezidentin sərəncamı ilə əfv olunub. Bayram Məmmədov bu il martın 30-da inzibati qaydada 30 sutka həbs edilib.
O bildirib ki, polisə çağırılmasına səbəb Facebook səhifəsində dostu Bayram Məmmədovun 30 sutka həbs edilməsini pisləyən statusu səbəb olub.
O qədər Əliyev var. Deyirlər ki, sən özün də yaxşı bilirsən, biz də yaxşı başa düşürük, sən nə yazıbsan. `Diktator` yazıbsan. Kimdir diktator? Dedilər ki, sən bunları yazmamalısan.Qiyas İbrahimov, ictimai fəal
“Bayram Məmmədovun Bakı Apellyasiya Məhkəməsindən çıxanda videosunu facebook səhifəmdə paylaşmışdım. Orada balaca post yazmışdım ki, bəs siyasi məhbus islahatlarına hələ də inananlar varsa Bayramın başına gələnlər sizi yanlış oldğunuza inandırar. Orada sonuncu cümlə var idi. Kağızda çap edib mənə göstərdilər. Mən yazmışam ki, `debil Əliyev, Bayram edilməz, dikatator islah olunmaz`. Mənə dedilər ki, `debil Əliyev yazıbsan`, `diktator` yazıbsan, prezidenti təhqir edibsən. Mən ona dedim ki, sübut haradadır ki, mən prezidenti təhqir etmişəm. O qədər Əliyev var. Deyirlər ki, sən özün də yaxşı bilirsən, biz də yaxşı başa düşürük, sən nə yazıbsan. `Diktator` yazıbsan. Kimdir diktator? Dedilər ki, sən bunları yazmamalısan. Sən təhqir etməməlisən. Mən də dedim ki, əgər bu sübutdursa, sübut edin ki, mən kimisə təhqir etmişəm. Yaxud kimi təhqir etmişəm. Sözdü də yazmışam, məsəl üçün. Sübut olsa idi, mən həqiqətən prezident İlham Əliyevi təhqir etmişəm, yazsaydım ay prezident İlham Əliyev mən səni təhqir edirəm. Yəqin ki, məni inzibati qaydada həbs edərdilər. Çünki qanun var, şəxsiyyəti təhqir etmək… Yəqin ki, mən düşünürəm ki, sübut olmadığına görə bu, pərdəarxası məşvərət, məsləhət, profilaktik söhbət vəziyyətini aldı. Məsləhət görürlər ki, təhqir etmisən, bunu boynuna al. Bundan sonra belə olmasın, təhqir yazma. Təhqir olsa prezidentin o qədər azarkeşləri, fanatları, sevənləri var ki, səhərisi gün küçədə gedəndə onlardan biri çəkib sənə sözünü demək istəyəndə, səni başa salmaq istəyəndə, onda, başa düş ki, onu da sevənlər var. Dedilər onda ona görə bura gəlmə. Küçədə prezidenti sevənlərdən biri çağırıb səndən hesabat istəyə bilər. Dedim ki, sübut edin, təhqir etmişəm? 1984-cü ildə yaşayırıq. Fikirlərimizi oxuyurlar, bunu yazanda nə deməık istəyirik. Məsləhət verdilər, ağıllı ol,” İbrahimov qeyd edib.
Your browser doesn’t support HTML5
Bakı şəhər Baş Polis İdarəsi Qiyas İbrahimovun idarəyə dəvət edilməsi barədə xəbər yaymayıb və onun dediklərinə hələ münasibət bildirməyib.
Polis Qiyas İbrahimova çağırış vərəqi təqdim etdikdən sonra ictimai fəal jurnalistlərin müşayiəti ilə polisə aparılıb.
Martın 16-da prezidentin əfv sərəncamı ilə azadlığa çıxmış ictimai fəal Qiyas İbrahimov Bakı şəhər Baş Polis İdarəsinə çağırıldığını bildirib.
Qiyas İbrahimov Facebook-da canlı yayımda deyib ki, bu gün xəstəxanada müayinə zamanı anasına Bakı şəhər Baş Polis İdarəsindən zəng ediblər.
“Bu gün Ağ Ciyər Xəstəlikləri İnstitutunda müayinədən keçdiyim zaman anamın telefonuna Bakı şəhər Baş Polis İdarəsindən yüksək rütbəli şəxs zəng etdi. Anamla məni birgə Bakı şəhər Baş Polis İdarəsinə çağırdılar. Bundan sonra sahə müvəkkili profilaktik söhbət aparmaq üçün dəvət etdi. Daha sonra Nizami rayon Polis İdarəsinin rəisi zəng etdi. Biz onlara dedik ki, çağırış göndərsinlər. Onlar isə xahiş etdilər ki, gedim, sadəcə profilaktik söhbət aparacaqlar. Bundan sonra Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin rəisi və sahə müvəkkili evimizə gəlib. Deyirlər ki, bu sadəcə xahişdir. Deyirlər general sizi gözləyir. Bakı şəhər Baş Polis İdarəsinə gedək. Sadəcə profilaktik söhbət aparacaqlar. Biz bildiriş tələb etdik. Hazırda bildiriş yazırlar. Çox dirəşiblər. Məni mənzildən çıxarmağa çalışırlar,” o qeyd edib.
“Cənab Mirqafar Seyidov mən polis idarəsinə, istənilən idarəyə gəlməyə hazıram. Bir şərtlə ki, buyurun mənə qanuni tələb göndərin, order göndərin.
Qiyas İbrahimov canlı yayımda olarkən evlərinə daxil olan polisi göstərib və Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidova müraciət edib.
“Cənab Mirqafar Seyidov, mən polis idarəsinə, istənilən idarəyə gəlməyə hazıram. Bir şərtlə ki, buyurun, mənə qanuni tələb göndərin, order göndərin. Səbəbini göstərin ki, mən niyə gəlməliyəm. Xahiş, minnət, gəl bir çay içək, oturaq, danışaq. Yox, bunlarla deyil. Xahişlə, minnətlə çağırılmağın nəticələrini görmüşük. Biz görmüşük xahişin sonrası nə olur. Sonra orada bizimlə xahiş dili ilə danışmırlar. Sonra orada bizimlə yumruq dili ilə danışırlar, dubinka ilə danışırlar. Order göndərmirsiniz, buyurun mənzilimə daxil olun, zor gücünə aparın,” o qeyd edib.
Onlar qanunsuz narkotik dövriyyəsində ittiham olunub və 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı onları "vicdan məhbusu" kimi tanıyıb.
Qiyas İbrahimov və Bayram Məmmədov bu il martın 16-da prezidentin sərəncamı ilə əfv olunub. Bayram Məmmədov bu il martın 30-da inzibati qaydada 30 sutka həbs edilib. O hazırda həbsdədir.
Your browser doesn’t support HTML5
Your browser doesn’t support HTML5