"Füzuli rayonunda olan uçurdulan evimi istəyirəm"
Your browser doesn’t support HTML5
Avqustun 25-də Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində yerləşən kaktus adlanan ərazidə bir qrup məcburi köçkün onlara ev verilməsi ilə bağlı etiraz aksiyası keçiriblər.
Onlar hesab edirlər ki, ailələrin “Qobu-3” kompleksinə köçürülməsi və ev bölgüsü ədalətli formada aparılmır.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mövqeyini öyrənmək üçün əlaqə saxlamaq mümkün olmayıb.