Füruzə Gülalıyeva: Oqtay Gülalıyevin dərmanlarının alınmasında çətinlik çəkirik

Oqtay Gülalıyev

Yanvarın 18-də Bakının Nəsimi Rayon Məhkəməsində hüquq müdafiəçisi Oqtay Gülalıyevi avtomobil vurması ilə bağlı cinayət işi üzrə məhkəmə baxışı üçüncü dəfə təxirə salınıb. Səbəb kimi koronavirus pandemiyası göstərilib.

Oqtay Gülalıyev 29 oktyabr 2019-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində kəllə-beyin travması alıb və bir neçə saatdan sonra komaya düşüb. Cərrahi əməliyyat yalnız növbəti gün həyata keçirilib və mütəxəssislərin rəyinə görə, bu müddətdə beyinə qan sızması artıb.

Sonradan Heydər Əliyev Fondu onun Türkiyədə müalicəsinə köməklik edib və orada o daha bir neçə əməliyyat edilib. Fəalın sağlamlığının müsbət dinamikasına baxmayaraq, hələ də huşu özünə gəlməyib. Gülalıyev ötən il noyabrın 8-də Bakıya gətirilib. Onun müalicəsi ev şəraitində davam etdirilir.

Your browser doesn’t support HTML5

Füruzə Gülalıyeva: Oqtay Gülalıyevin dərmanlarının alınmasında çətinlik çəkirik

Vəkil Fuad Ağayev bildirib ki, məhkəmənin təxirə sdalınması ilə bağlı zərəçəkmiş tərəfin məlumatlandırılmaması təəssüfedici haldır.

“Hüquq müdafiəçisini avtomobil vurması ilə yanaşı xəstəxanada müalicəsini aparan həkimlərlə bağlı da Nəsimi rayon Prokurorluğunda araşdıma aparılır. Amma hələ bir nəticəsi yoxdur,” vəkil qeyd edib.

Gülalıyevin həyat yoldaşı Füruzə Gülalıyeva Amerikanın Səsinə müsahibəsində bildirib ki, həkimlərin hüquq müdafiəçisinin müalicəsində səhlənkarlığa yol vermələri ilə bağlı aparılan araşdırma onları qane etmir.

“Biz bu səbəbdən baş prokurora müracət etmişlik.”

Onun sözlərinə görə, həyat yoldaşı hələ koma vəziyyətindədir.

“Oqtay Gülalıyevin bir il ərzində Türkiyədə müalicəsini Heydər Əliyev Fondu maliyyələşdirdi. İndi onun dərmanlarının alınmasında çətinlik çəkirik. Hökumət iki tibb bacısı ayırıb, onlar da saat 18-dək baxırlar,” o qeyd edib.