Yaponiya rəsmiləri deyir ki, martın 11-də zəlzələ və sunamidən sonra Fukuşima atom stansiyasındakı obyektlərin birində əsas reaktor zədələnib.
Nüvə və Sənaye Təhlükəsizliyi Agentliyinin direktor müavini Hidehiko Nişiyama stansiyadakı iki fövqəladə vəziyyət işçisi barədə ətraflı məlumat verib. Radiasiya səviyyəsi yüksələndən sonra onların ayaqlarında zədələr qeydə alınıb və işçilər xəstəxanaya aparılıb. Rəsmi bildirib ki, su təchizatında radiasiya səviyyəsi normal vəziyyətindən 10 min dəfə yüksəkdir. Fukuşima 3-cü obyektində olan nüvə reaktoru fəlakətlərdən 3 gün sonra hidrogen partlayışı nəticəsində zədələnmişdi.