Qvatemalada vulkan püskürməsi narahatlıqlara səbəb olub

Qvatemalanın cənubunda yerləşən vulkan fəallaşma nəticəsində havaya kül kütləsi atmağa başlayıb. Rəsmilərin verdiyi məlumata görə, bu hadisə, ətrafdakı yaşayış məntəqələrinə təhlükə törədir.

Fueqo vulkanının püskürdüyü kül kütləsi 5,000 m. hündürlüyə qədər qalxır və 20 km.-ə qədər ətraf əraziləri əhatə edir. Fəallaşmış vulkanın kül püskürməsi güclü partlayış səsləri və lava axını ilə müşaiyət olunur.

Ehtiyat tədbirləri olaraq, Panimaçe kəndinin 300 sakini təxliyyə edilib. Havadakı kül kütləsi yaxınlıqdakı 10 məktəbin bağlanmasına da səbəb olub.

Fueqo vulkanı Gvatemala paytaxtından 30 km aralıda yerləşir.

Keçən il vulkan dəfələrlə fəallaşıb. 2015-ci ildə isə vulkanın püskürməsi nəticəsində ölkənin əsas hava limanı fəaliyyətini dayandırmalı olmuşdu.