Freedom House: Azərbaycan qeyri-azad ölkə olaraq qalır

Freedom House dünyada siyasi və vətəndaş azadlıqlarıına dair illik hesabatını açıqlayıb

Azərbaycan ötən illərdə də olduğu kimi, 48 qeyri-azad ölkə arasında yer alıb
Freedom House beynəlxalq hüquq-müdafiə təşkilatı dünya ölkələrində azadlıqların vəziyyəti haqqında ənənəvi illik hesabatını dərc edib.

Azərbaycan ötən illərdə də olduğu kimi, 48 qeyri-azad ölkə arasında yer alıb.

MDB ölkələri arasında Rusiya, Özbəkistan, Belarus və Türkmənistan qeyri-azad, Gürcüstan və Ermənistan qismən azad ölkə elan edilib.

Azərbaycanda ötən il ərzində vətəndaşların hüquq və azadlqları pozulub, vətəndaş fəalları və hakimiyyətin rəqibləri susdurulub və təqib edilib. Xüsusən, vətəndaşların mülkiyyət hüquqlarının pozulması artıb.